Bakı Gəmiqayırma Zavodu tanker və dalğıc gəmi inşa edəcək. Bu haqda bu gün, 14 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
ASCO tərəfindən verilən sifarişə əsasən, Bakı Gəmiqayırma Zavodu 2 ədəd neft və kimyəvi məhsullar daşıyan tanker və 3 ədəd dalğıc gəmisi inşa edəcək.
İnşa ediləcək yeni tankerlər 8000 ton yükdaşıma qabiliyyətinə malik olacaq. Dalğıc gəmiləri isə dənizin 45 m dərinliyində işləmək üçün nəzərdə tutulub.