Astronavtika Konqresinin bağlanış mərasimi keçirilib. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi yekunlaşır. Bağlanış mərasimində Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faytinger, Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri çıxış ediblər.
Onlar konqres iştirakçılarını bu möhtəşəm tədbirin yüksək səviyyədə keçməsi ilə əlaqədar təbrik edib, Azərbaycanın tədbirdəki töhfələrini qeyd ediblər. Həmçinin tədbir çərçivəsində bir sıra mükafatlar təqdim olunub.
Astronavtika Konqresində 4000-dən çox insan iştirak edib. Bu təşkilat üçün yeni rekord sayılır.