Bakıda atmosferi çirkləndirən obyektlərlə bağlı tədbirlər görülüb. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
Keçirilən yoxlamalar zamanı “Qaradağ”, “Qəbələ Xanlar”, “Araz Terrace", “Bulaq", “Dükkan", “Təbiət" adlı ictimai iaşə obyektləri və restoranlardan havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Aşkar olunan faktlarla bağlı sahibkarlar məsuliyyətə cəlb ediliblər.
Monitorinqlərin bundan sonra da davam edəcəyi gözlənilir.