8 sentyabr tarixindən Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikası vətəndaşların qəbulunu dayandırır. Klinika yalnız koronavirusa yoluxma şübhəsi olan xəstələri qəbul edəcək.
Səhiyyə Nazirliyin əmrilə klinika koronavirus infeksiyası təsdiq olunmayan, amma yoluxma şübhəsi olan xəstələr üçün ayrılıb. Bu insanlarda COVID-19 virusu aşkar olunarsa, xəstələr burada mualicə alacaqlar.
Qeyd edək ki, 2020-ci ildən Tədris-Terapevtik Klinikası koronavirusla mübarizəyə qoşulmuşdu. Yoluxmanın azaldığı zaman isə, tibb müəssisə normal fəaliyyətini bərpa etmişdir.