İctimai Televiziya cərimələnib. Bu haqda bu gün, 15 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İctimai Televiziya və Radio Yayımları Şirkəti (“İTV” kanalını) cərimələnib. Buna səbəb kanalın efirində cari ilin 4 may tarixində, saat 13.00–13.24 aralığında yayımlanmış “1 şəhər və 24 saat” proqramında aparıcının masa üzərindəki alkoqollu içkini təşviq etməsi olub.
Belə ki, yayım zamanı aparıcı xəbərdarlıq olmadan masa üzərindəki alkoqollu içkinin xüsusiyyətlərini təsvir edib və həmin içilməsini tövsiyə edib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti 3000 AZN məbləğində cərimə edilib.