Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az AFFA-ya istinadən xəbər verir.
Baş məşqçi postuna tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun təyinatı təsdiqlənib.
Fernandu Santuş 2014-2022-ci illərdə Portuqaliya millisində baş məşqçi vəzifəsində çalışıb. 2023-cü ildə Polşa yığmasına, 2024-cü ildə isə “Beşiktaş” klubuna baş məşqçilik edib. 2016-cı ildə Kriştianu Ronaldu ilə birlikdə Portuqaliya millisi ilə Avropa Çempionu olub.