Bakıda noyabrın 12-15-də Avropa ravvinlərinin konfransı baş tutacaq. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Azərbaycanda ilk dəfə keçiriləcək tədbirdə 500-ə yaxın avropalı ravvinin iştirakı gözlənilir. Konfransın əsas mövzusu dini etiqad azadlığı və yəhudi icmalarının fəaliyyətidir.
Tədbir çərçivəsində iştirakçılar, həmçinin dağ yəhudilərinin böyük icmasının əsrlər boyu kompakt şəkildə yaşadığı Qubadakı Qırmızı Qəsəbəyə (Krasnaya Sloboda) də səfər edəcəklər.