Bu gün “Avroviziya 2024” müsabiqəsinə start veriləcək. Bu haqda bu gün, 7 may tarixində Bakuplus.az xəbər verir.
İsveçin Malmö şəhərində keçiriləcək yarışın I və II yarımfinalları 7 və 9 may, finalı isə 11 may tarixlərində baş tutacaq.
Azərbaycanı “Avroviziya 2024” mahnı müsabiqəsində Fahree (Fəxri İsmayıl) təmsil edəcək. O, səhnəni müğənni İlkin Dövlətovla bölüşəcək.