Bakı-Oğuz, Bakı-Qəbələ və Bakı-Beyləqan şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib.
Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, Bakı-Oğuz-Bakı marşrutu üzrə qalib "Rüfət" MMC, Bakı-Qəbələ-Bakı marşrutu üzrə qalib Rövşən Qəribov, Bakı-Beyləqan-Bakı marşrutu üzrə qalib Mahir Talıbov olub.
Şəhərlərarası marşrut xətləri AYNA tərəfindən müvafiq qanunvericiliyə uyğun mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma xidmətinin keyfiyyətini, təhlükəsizliyi və rahatlığı artırmaq, eləcə də marşrutların təhkimində şəffaflığı təmin etməkdir.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna və Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarına uyğun təşkil olunur.