Baksol deyilən ərazidə Ziya Bünyadov prospektinə çıxan yolda sürücü Saməddin Musayev avtobus zolağına daxil olub və o, 100 manat və 2 bal cərimələnib.
Xezerxeber.az xəbər verir ki, ancaq sürücü bu cəriməni haqsız hesab edir.
Saməddin Musayev bununla bağlı online qaydada Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət edib və vətəndaşın şikayəti qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.