Bakı küçələrinə yeni avtobus zolaqları çəkilə bilər. Bu haqda bu gün, 20 iyun tarixxində Bakuplus.az AYNA-nın brifinqinə istinadən xəbər verir.
Belə ki, hazırda xarici və yerli ekspertlərlə birgə Bakının rəqəmsal planı hazırlanır.
“Bu, təkcə tıxaclarla bağlı deyil, həm də ictimai nəqliyyatın idarə olunması ilə bağlı proqramdır", - deyə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) idarə heyətinin sədri Anar Rzayev bildirib.
Yaradılan yeni proqram vasitəsilə avtobus zolaqlarının yaradılması, eləcə də, ehtimala görə, yerlərinin dəyişdirilməsi həyata keçiriləcək.