Cavanşir körpüsünün sökülməsi ilə əlaqədar bir sıra avtobusların marşrutu dəyişib. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Belə ki, E1 və 125 nömrəli marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilib. Müvəqqəti sxemə əsasən, E1 nömrəli ekspres avtobusu 28 May və Puşkin küçələrindən, 125 nömrəli avtobus isə Rəşid Behbudov, Süleyman Rəhimov küçələri və Azadlıq prospektindən keçməklə öz xətləri ilə hərəkətlərini davam etdirir.
Bundan əlavə, 28 May, Nizami, Üzeyir Hacıbəyli, Kövkəb Səfərəliyeva, Sabit Orucov, Yeryomenko və Firuz Qəmbərov küçələrində mövcud olan bəzi parklanma yerləri müvəqqəti ləğv olunur.