Baş Nazir Əli Əsədov ödənişli yolla əlaqədar yeni qərar imzalayıb. Bu haqda bu gün, 13 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Yeni qərara əsasən, hər bir ödənişli avtomagistral ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla Tarif (Qiymə) Şurası təsdiq edəcək.
Bundan öncə bu məsələdə nəqliyyat vasitəsinin keçdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı da nəzərə alınırdı.