Avtoqəzada ölən deputatlığa namizəd Nəsiman Yaqublu haqda qərar verilib.
Report xəbər verir ki, bu barədə Komissiyasının bu gün keçirilən iclasında müvafiq qərar müzakirəyə çıxarılıb.
Seçki Məcəlləsinə əsasən, bülletenlərə əlavə və dəyişikliklər haqqında məlumatları məntəqə seçki komissiyasında yerləşdirilir. Qərar verilib ki, məlumat lövhəsində N.Yaqublunun seçki marafonunu dayandırdığı qeyd edilməlidir.
Bakı Dövlət Universitetində müəllim işləyən Nəsiman Yaqublu tarixçi-professordur. O, Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olmuşdu. N.Yaqublu Zəngilandan seçicilərlə görüşdən qayıdan zaman yol qəzasına düşmüşdü.