Xalq artisti Aygün Kazımovanın instaqram hesabının yenidən ələ keçirildiyi iddia olunub.
Bakuplus.az xəbər verir ki, sənətçinin hesabından edilən paylaşımlar izləyicilərdə çaşqınlıq yaradıb. Belə ki, Xalq artisti bu gün çıxışları ilə bağlı da heç bir paylaşım etməyib. Bu da hesabın ələ keçirilməsi iddialarını gücləndirir.
Aygün Kazımova məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.
