“Avroviziya” təmsilçilərimiz Aysel Teymurzadə və Safura Əliyeva bir araya gəliblər.
Bakuplus.az xəbər verir ki, onlar müsabiqədə oxuduqları “Always” və “Drip-drop” mahnılarını ifa ediblər. Həmin görüntüləri ifaçılar sosial şəbəkədə paylaşıblar.
Qeyd edək ki, Aysel Teymurzadə ölkəmizi “Avroviziya”da Araşla 2009-cu ildə, Safura Əlizadə isə 2010-cu ildə təmsil ediblər. Müsabiqədə Aysellə Araş 3-cü yeri, Safura Əlizadə 5-ci yeri tutub.