Ali təhsil müəssisələrində dövlət imtahanı ləğv edilib. Bu barədə bu gün, 13 mart tarixində APA Elm və Təhsil Nazirliyinin Elmi sektorunun müdiri Turhan Süleymana istinadən məlumat verib.
Turhan Süleyman qeyd edib ki, yeni təhsil standartında dövlət imtahanı anlayışı yoxdur: "Bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər köhnə standartla təhsil alanlardır".