Azərbaycan “Avroviziya-2024” mahnı müsabiqəsində mübarizəni dayandırıb. Bu haqda bu gün, 8 may tarixində Bakuplus.az xəbər verir.
Səsvermənin nəticələrinə görə, Azərbaycanın yarışmadakı təmsilçiləri Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov növbəti mərhələyə keçə bilməyiblər. Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq təmsilçiləri isə finala adlayıblar.
II yarımfinal 9 may, final isə 11 may tarixlərində olacaq.