Azərbaycanda sərnişin qatarları və dəmir yolları stansiyalarında pulsuz Wi-Fi şəbəkəsi qoşulacaq. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Ölkədaxili marşrutlar üzrə qatarlarda Wi-Fi şəbəkəsinin qoşulması ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkənin hər 3 mobil operatoru ilə müzakirələri yekunlaşdırıb.
Hazırda Bakı, Sumqayıt, Gəncə, Qəbələ və Ağstafa stansiyalarında ödənişsiz Wi-Fi zonalarının yaradılması istiqamətində hazırlıq işlərinə başlanılıb.
Bakı–Ağstafa və Bakı–Qəbələ marşrutları üzrə yerləşən və daha çox sərnişin qəbul edən digər stansiyalarda da ödənişsiz Wi-Fi zonalarının yaradılması mərhələli şəkildə həyata keçiriləcək.