Prezident İlham Əliyev dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli suyun istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu haqda bu gün, 12 aprel tarixində Bakuplus.az dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat verir.
Sərəncama əsasən, Bakı şəhəri və ətrafdakı ərazilərin su təchizatının yaxşılaşdırılması məqsədilə dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçiriləcək.