Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru işdən çıxarılıb. Bu haqda bu gün, 3 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən mədəniyyət evinin rəhbəri, Əməkdar incəsənət xadimi, 63 yaşlı Akif Məlikov işdən çıxarılıb. Bununla bağlı müvafiq əmr imzalanıb. A.Məlikovun əmək müqaviləsinin müddəti qurtarıb. Yaş həddinə görə onunla yeni əmək müqaviləsi imzalanmayıb.
A.Məlikov Bakıda anadan olub. O, 36 ildir Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifəsində çalışırdı.