Bu gün, 14 oktyabrda Azərbaycan Dövlət Pedaqoji Universitetinin iki fakultəsində koronavirusa yoluxma halları aşkar olunub. Bu haqda APA Universitetin mətbuat katibi Cavid Hüseynova açığlamasına istinadən məlumat yayıb.
Koronavirus infeksiyasının daha da yayılmasının qarşısını almaq üçün fizika və riyaziyyat fakültəsində 1, incəsənət və fiziki tərbiyə fakültəsindədə 1 qrup distant təhsilə keçib.
Sosial şəbəkələrdə yayılan məlumata əsasən oxşar hadisə bu gün Azərbaycan Dillər Universitetində 2 qrupunda da yoluxma faktı qeydə alınıb. Qeyd olunur ki, tələbələr tədris prosesini onlayn davam edirlər.