Aprelin 28-30-da paytaxtda keçiriləcək “Formula 1” Azərbaycan Qran-prisi üçün Abşeron tribunasına biletlərin hamısı satılıb. Bu haqda bu gün, 22 aprel tarixində Bakuplus.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə (BŞH) istinadən məlumat verir.
Yarışda mövcud olan 12 tribunadan 10-na bütün biletlər satılıb.
Əvvəlki illərdə keçirilən altı yarışla müqayisədə builki Qran-prini ilk dəfə olaraq 100-dən çox ölkədən azarkeşlər ziyarət edəcək. Bu, Bakı yarışları tarixində qeydə alınan ən yüksək rəqəmdir. Bundan başqa, bu il ölkəyə gələcək əcnəbi azarkeşlərin sayı da ən yüksək həddə çatıb.
Abşeron tribunası ən böyük və tamaşaçılar arasında ən sevilənlərdən biridir.