Azərbaycan əhalisinin sayı açıqlanıb. Bu haqda bu gün, 14 avqust tarixində Bakuplus.az statistika komitəsinə istinadən xəbər verir.
İlin əvvəlindən ölkə əhalisinin sayı 19 min 243 nəfər və ya 0,2 faiz artaraq 2024-cü il iyul ayının 1-i vəziyyətinə 10 milyon 200 min 13 nəfərə çatıb.
Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri təşkil edir. Onlardan 49,8%-ni kişi, 50,2%-ni isə qadınlardır.