"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Moldovanın paytaxtı Kişinyov şəhərinə həyata keçirəcəyi reyslərə biletləri satışa çıxarıb. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az AZAL-a istinadən xəbər verir.
Uçuşlar sentyabrın 15-dən başlayaraq həftədə 2 dəfə – bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.
Biletləri AZAL-ın saytında, aviaşirkətin mobil tətbiqindən və akkreditə olunmuş agentliklərindən əldə etmək olar.