Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin 1 avqust tarixinə olan reytinq cədvəli açıqlanıb. Bu haqda bu gün Bakuplus.az Report-a istinadən xəbər verir.
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov 1-ci pilləyə yüksəlib.
Bədii gimnastika üzrə qrup hərəkətləri komandası 2-ci, idman gimnastı Nikita Simonov isə 3-cüdür.
Bədii gimnast Zöhrə Ağamirova, cüdoçular Zelim Kotsoyev, Rəşid Məmmədəliyev, Balabəy Ağayev, Elcan Hacıyev, Yaşar Nəcəfov və Leyla Əliyeva növbəti sıralarda yer alıblar.