Azəbaycan Kubokunun finalında Aygün Kazımova çıxış edəcək. Bu haqda bu gün, 22 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Futbol üzrə Azərbaycan Kuboku finalından əvvəl Aygün Kazımovanın iştirakı ilə konsert proqramı baş tutacaq.
Xalq artisti 2 iyun tarixində baş tutacaq mövsümün son matçından əvvəl təşkil olunacaq konsert proqramında səhnəyə çıxacaq.
Tədbir saat 19:00-da baş tutacaq. Azərbaycan Kubokunun finalında “Qarabağ” və “Zirə” klubları üz-üzə gələcək.