Azərbaycanda aparıcı teatrların siyahısı açıqlanıb. Bu haqda bu gün, 12 iyun tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Mədədəniyyət Nazirliyinin Kollegiyasının qərarına əsasən, aparıcı teatrların siyahısı aşağıdakı kimi müəyyən edilib:
- Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Kukla Teatrı;
- Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Pantomima Teatrı;
- Mədəniyyət Nazirliyinin tabeliyində Lənkəran Dövlət Dram Teatrı;
- Mədəniyyət Nazirliyinin tabeliyində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı;
- Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Dövlət Uşaq Filarmoniyası;
- Mədəniyyət Nazirliyinin tabeliyində Şuşa Dövlət Musiqili Dram Teatrı;
- “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində Bakı Marionet Teatrı.
Siyahıdakı teatrlarda çalışan işçilərin əməkhaqqılarına 25 faiz əlavə müəyyən edilib.