Azərbaycanın ilk Ombudsmanı vəfat edib. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycanın ilk İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib. O, 87 yaşında dünyasını dəyişib.
Təzəpir məscidində keçirilən mərasimdə mərhumənin yaxınları, ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. E.Süleymanovanın cənazəsi II Fəxri xiyabanda dəfn olunub.
Elmira Süleymanova Kimya elmləri doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. O, 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini icra edib.
[caption id="attachment_136215" align="alignnone" width="640"]
Foto Report.az[/caption]