top
Azərbaycanın keçmiş Prezidenti Ayaz Mütəllibov vəfat edib
28 mart 2022, 02:20
- ↺ +

Azərbaycanın keçmiş Prezidenti Ayaz Mütəllibov vəfat edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda cərrah ailəsində anadan olub. Siyasətçinin gəncliyi Şamaxı şəhərində keçib.

O, 1962-ci ildə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. Mütəllibov əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb. O, 1959-1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda ustadan direktor vəzifəsinədək yüksəlib. 1974-cü ildən isə məişət texnikası istehsalı ilə məşğul olan “Bakelektroməişətmaş” istehsalat birliyinin baş direktoru olub.

Ayaz Mütəllibov 1963-cü ildə Sovet İttifaqı Kommunist Partiyasına (KP) üzv qəbul edilmişdir. O, 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunmuşdur. Mütəllibov 1982-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini - Dövlət Plan Komitəsinin sədri, 1985-ci ildən isə Azərbaycan SSR Ali Soveti sədrinin müavini vəzifələrini tutmuşdur. 1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan KP Mərkəzi Komitəsi bürosunun üzvü, bir il sonra isə birinci katibi olmuşdur.

O, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.

18 may 1990-cı ildə Ayaz Mütəllibov Azərbaycan SSR-nin Prezidenti seçilib. 8 sentyabr 1991-ci ildə isə o, ümumi seçkilərdə Azərbaycanın ilk Prezidenti seçilib.

Mütəllibov 6 mart 1992-ci ildə vəzifəsindən istefa verib və ölkəni tərk edib.

O, 1992-ci ildən 2012-ci ilə qədər Rusiyanın paytaxtı Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycana qayıdıb.

Ayaz Mütəllibov 27 mart 2022-ci ildə uzun sürən xəstəlikdən Bakıda 84 yaşında vəfat edib.

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Oxşar xəbərlər