Azərbaycanda ən yaşlı qadın və kişi seçicilər açıqlanıb.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında xəbər verir ki, ən yaşlı qadın seçici 78 saylı Lənkəran kənd seçki dairəsinin 38 saylı məntəqəsində qeydiyyatda olan 134 yaşlı Tamam Əli qızı Əzizovadır.
Ən yaşlı kişi seçici isə 28 saylı Sabunçu üçüncü seçki dairəsinin 47 saylı məntəqəsində qeydiyyatda olan 109 yaşlı Hilal İsa oğlu İbrahimovdur.