top
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət olunub - YENİLƏNİB
19 sentyabr 2023, 06:07
- +

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət olunub - YENİLƏNİB

Azərbaycan Ordusunun Qarabağda Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı bölgədə yaşayan erməniəsilli sakinlərə müraciət olunub.

Müraciət Azərbaycan, rus və erməni dillərində hazırlanıb və vərəqə formasında dərc olunub.

Müraciətin tam mətni:

"Azərbaycan Silahlı Qüvvələri Qarabağ ərazisində qanunsuz silahlı dəstələrin tərksilah edilməsi üçün tədbirlər həyata keçirir. Məqsəd 30 ildir bu bölgənin qondarma rejim tərəfindən talan edilməsinə son qoymaq, orada yaşayan insanlara azadlıq, haqq-ədalət, barış və rifah gətirməkdir. Əmin olun ki, sizin həyatınız Azərbaycan dövləti üçün çox qiymətlidir. Buna görə də tədbirlər həyata keçirilən zaman hərbi hissələrdən, obyektlərdən, hərbi texnikadan, qanunsuz rejimin fəaliyyət göstərdiyi bütün inzibati binalardan uzaq durun. Qanunsuz hərbi xuntanın heç bir əmrinə, göstərişinə tabe olmayın. Hərbi geyim geyinməyin və üzərinizdə silah daşımayın. Bu, sizi legitim hədəfə çevirə bilər. Yaşadığınız evlərdən çölə çıxmayın, orada təhlükəsiz şəkildə qalın.

Azərbaycan əsgəri xilaskardır! Sizi hərbi xuntanın əsarətindən xilas etmək üçün gəlir!

Azərbaycan çoxmillətli ölkədir, burada 30-a yaxın etnik qrup yaşayır. Uzun illər sizə tam başqa mənzərə təlqin olunsa da, əmin olun ki, bu ölkədə dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq vətəndaşların hüququ qorunur, insanlar əmin-amanlıq şəraitində yaşayırlar. Siz də onlar kimi rahat, firavan həyat sürə bilərsiniz! Buna görə də içərinizdə döyüşənlər varsa, dayanın və yaxşı fikirləşin. Siz öz dövlətinizə - Azərbaycan Respublikasına qarşı silah qaldırırsınız. Bu, yanlış, sizin həyatınızı təhlükəyə atan yoldur. Əgər siz döyüş postlarındasınızsa, mümkün qədər oranı tez tərk etməlisiniz. Əyninizdəki hərbi formaları çıxarıb silahları yerə qoymalısınız. Azərbaycan əsgəri heç vaxt dinc insanlara atəş açmır.

Sizin hesabınıza Ermənistan rəhbərliyi və onun Qarabağdakı oyuncaq rejiminin başında duranlar varlanıb, harınlayıb. Onlar xarici ölkələrdə böyük sərvət sahibidirlər və gələcəklərini düşünmürlər. Buna görə də özləri gizlənib sizi qabağa verərək şəxsi ambisiyaları üçün qurban verirlər. Erməni xalqı öz daxili düşmənlərini artıq yaxşı tanıdı. Biz siyasi oyunbazlara görə düşmən olmamalıyıq, Azərbaycan əsgəri düşmən deyil, sizə heç vaxt zərər vermək istəməz. Onlar sizi cinayətkarların əlindən qurtarmağa gəliblər. Müqavimət göstərməyin, Azərbaycan dövləti sizin təhlükəsizliyinizə zəmanət verir.

Təhlükəsizliyiniz sizin üçün ən düzgün qərardır. Qanunsuz rejimin yalan vədlərinə inanmayın. Onlar 30 il sizə ancaq vədlər verdilər, özləri isə rahat kreslolarda oturub, sadə insanlara çatacaq pulları mənimsəyib firavan həyat qurdular. İndi də sizin arxanızda gizlənirlər. Bu gün onların yalanlarına inanıb silaha sarılan gənclər sizin övladlarınızdır. Onları yanlış yoldan çəkindirin, həyatlarını qoruyun.

Təhlükəsiz yaşamaq istəyirsinizsə, ətrafınızı Ermənistan ordusunun bölmələrindən təmizləyin, onların geri - Ermənistana qayıtması üçün dirəniş göstərin. Qeyri-qanuni hərbi dəstələri silahlarını yerə qoymağa, müqavimət göstərməməyə məcbur edin. Qarabağda qanunsuz silahlı dəstələrin, cinayətkarların mövcudluğuna son qoyulmalıdır. Bilirik ki, zülmün, qorxunun, qeyri-müəyyənliyin bitməsi sizin də arzunuzdur. Bu arzunun gerçəkləşməsi, sülh, rifah və birgəyaşayış üçün çalışın.

Qarabağda bir nəfər də olsun qanunsuz hərbçi qalmayacaq, hamısı tərksilah olunacaq. Əgər sizi qanunsuz silahlı dəstələrə cəlb ediblərsə, 44 günlük müharibəni yada salın və başa düşün ki, Azərbaycan Ordusuna müqavimət mənasızdır. Silahı yerə qoyun və təslim olun. İndi emosiyalara deyil, ağıla üstünlük vermək zamanıdır.

Ehtiyatlı olun, qanunsuz rejim təmsilçilərinin müraciətlərinə inanmayın, göstərişlərinə əməl etməyin. İlk imkanda sizə qida və digər zəruri tələbat məhsulları çatdırılacaq. Yardima ehtiyacı olanlar Azərbaycan hərbçilərinə yaxınlaşa və müraciət edə bilərlər. Onlar sizin problemlərinizi həll etmək üçün əllərindən gələni edəcəklər.

Azərbaycan sizin sülh və rifah içində yaşamağınızı arzulayır. Bunun üçün sizi 30 ilə yaxın qorxu içərisində saxlamış hərbi xuntanı zərərsizləşdirir. Övladlarınız bu torpaqlarda silahla deyil, öz zəhmətləri ilə yaşamalıdır. Bu torpaqlar çiçəklənməli, insanlar xoşbəxt olmalıdır. Kimlərinsə maraqları naminə deyil, xoşbəxtliyiniz uğrunda mübarizə aparın. Sizə təhlükəsiz və ləyaqətli həyat, öz evlərinizdə doğmalarınızla birlikdə rahat yaşayış, iqtisadi dirçəliş və sosial rifah təklif olunur. Xarici ölkələrdə özlərinə rahat həyat quranların yalan vədlərinə inanmayın, sizi aldatmasına, sizdən vasitə kimi istifadə etməsinə imkan verməyin. Siz Azərbaycan vətəndaşı kimi daha ləyaqətli həyata layiqsiniz!

Cinayətkar rejim sizi və doğmalarınızı Azərbaycan əsgərləri ilə döyüşməyə çağırır, amma öz ailə üzvlərini müxtəlif yollarla Qarabağdan çıxarırlar. Övladlarınızı mənasız ölümdən xilas edin. Azərbaycan sizə dostluq və sülh arzulayır. Heç kimin, heç bir xarici ölkənin yalan vədlərinə inanmayın. Təhlükəsizlik zəmanətini sizə Azərbaycan dövləti verir. Ölkəmizin digər sakinləri kimi, siz də barış və rifah içərisində yaşamalısınız.

Ermənistanın və Qarabağdakı cinayətkar rejimin apardığı təbliğat erməni əhalidə belə bir qənaət yaradıb ki, Azərbaycan etnik təmizləmə siyasəti həyata keçirmək, Qarabağdan erməniləri çıxarmaq istəyir. Əgər belə bir niyyət olsaydı, Azərbaycan 2020-ci ilin noyabr ayında müharibəni dayandırılmazdı. Həmin dövrdə heç bir qüvvə Azərbaycan Ordusunun Zəfər yürüşünün qarşısını almaq gücündə deyildi. Amma Azərbaycan dövləti sülhü seçdi, Qarabağda yaşayan əhaliyə dostluq əlini uzatdı. Çünki Azərbaycan çoxsaylı xalqların bir yerdə mehriban yaşadığı bir ölkədir. Biz əminik ki, insanlar arasında barış və birgəyaşayış mümkündür. Sizin də bu həqiqəti qəbul etməyiniz və bu ölkənin vətəndaşları kimi yeni gözəl həyata qovuşmağınız lazımdır.

Torpaqlar işğaldan azad edildikdən sonra dağıdılmış şəhər və kəndlərin mənzərəsi hamını dəhşətə gətirdi. Uzun illər sizin adınıza yığılan pullarla var-dövlət sahibi olmuş qondarma rejim başçıları nəinki talançılıqla kifayətlənmədi, hətta bu bölgədə yaşayan sadə insanların həyat şəraitini yaxşılaşdırmaq üçün belə heç bir iş görmədi. Əks təqdirdə siz gözəl evlərdə yaşayar, təminatlı həyatınız olardı. Azərbaycan dövləti isə son 3 ildə Qarabağda şəhərləri, kəndləri bərpa edir, yeni müasir infrastruktur yaradır. Şuşada, Laçında, Füzulidə, Zabuxda, Ağalıda və digər yerlərdə həyata keçirilən böyük quruculuq işləri buna bariz nümunədir. Biz birlikdə Qarabağı dirçəltməyə qadirik. Bu işdə sizin də iştirak etməyinizi istəyirik. İndi silah, müharibə, qarşıdurma zamanı deyil. İndi quruculuq, və barış vaxtıdır.

Uzun illər Robert Koçaryan, Serj Sarqsyan, Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və onların ətrafı sizi aldadaraq, istismar edərək, ölümə göndərərək özləri üçün var-dövlət topladılar, güzəran qurdular. Hər dəfə də vəziyyət gərginləşdikdə yaxalarını kənara çəkdilər və sizi acı taleyinizlə üz üzə qoydular. Siz güclü, inkişaf edən, öz vətəndaşına rifah, təhlükəsizlik, əmin-amanlıq verən Azərbaycan dövlətinə deyil, bu cinayətkarların yaratdığı qondarma rejimə sığındınız.

Sizə boş vədlər verənlər yenə həmişəki kimi qaçıb gizləniblər. İndi sınaq, tarixi seçim anıdır. Doğru seçim edin".

14:40 - Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə SMS göndərilib

Müdafiə Nazirliyi antiterror əməliyyatı ilə bağlı açıqlama verib. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az nazirliyə istinadən xəbər verir.

Verilən məlumata əsasən, legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır. Həmçinin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə SMS vasitəsilə məlumat göndərilib.

“Yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq, ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırırıq”, – deyə məlumatda qeyd olunub.

Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır.

Bundan əlavə, əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.

Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq.

Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaqlar.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Xəbər
Dünən, 18:21

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Xəbər
Dünən, 16:01

Yeniyetmə anasına niyə 12 bıçaq zərbəsi vurdu? - YENILƏNİB

Xəbər
Dünən, 14:24

"Formula-1"lə əlaqədar 26 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Xəbər
Dünən, 12:12

Masazırda kişi qonşunun 9 yaşlı uşağını döydü - Öz övladına görə

Xəbər
Dünən, 11:31

Bir sutkada qazanılan tarixi Zəfər

Xəbər
Dünən, 11:01

Aida İmanquliyevanın anım günüdür

Xəbər
Dünən, 00:01

Lokal antiterror əməliyyatlarından üç il ötür

Xəbər
18 sentyabr 2026, 19:16

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Xəbər
18 sentyabr 2026, 17:56

Sakinlərin narazılığına səbəb olan restoranla bağlı tədbir görüldü

Xəbər
18 sentyabr 2026, 15:58

"Qadınlar məktəbləri işğal edib" - Metroda maraqlı sorğu

Xəbər
18 sentyabr 2026, 14:33

Ata qızı ilə birlikdə kürəkənini niyə qətlə yetirib?

Xəbər
18 sentyabr 2026, 12:26

Sabah Bakıda hava necə olacaq?

Xəbər
18 sentyabr 2026, 11:48

Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan POLKOVNİK MƏHKƏMƏDƏ

Xəbər
18 sentyabr 2026, 10:59

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Xəbər
18 sentyabr 2026, 09:50

Formula 1 zamanı Bakıda yolların hərəkət rejimi açıqlanıb

Xəbər
17 sentyabr 2026, 17:48

162 nömrəli avtobus sərnişinləri təngə gətirib – ŞİKAYƏT

Xəbər
17 sentyabr 2026, 16:22

Azərbaycanlı rəqqas "Zita və Gita"nın ulduzu ilə görüşdü

Yasamal
17 sentyabr 2026, 14:04

Bakıda 6 dost gecə 4-də dəhşət yaşayıb - Biri ölüb, digəri ağır yaralanıb

Xəbər
17 sentyabr 2026, 13:59

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Xəbər
17 sentyabr 2026, 12:42

Bakıda EVLİ KİŞİ 15 yaşlı qızı qaçırdı

Xəbər
17 sentyabr 2026, 11:03

Prezident TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Xəbər
17 sentyabr 2026, 10:07

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib

Xəbər
15 sentyabr 2026, 17:55

50 min manat ödəyib özünə maşın aldı, amma başqası sürdü - VİDEO

Oxşar xəbərlər