Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. Bu haqda bu gün, 10 aprel tarixində Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat verib.
Hərbi qulluqçuların axtarışı ilə bağlı zəruri tədbirlər görülür.
Sosial şəbəkələrdə yayılan məlumata görə, hərbçilər Bakının Suraxanı rayon sakini Aqşin Bəbirov və Lənkəran sakini Hüseyn Axundovdur. Həmin məlumat Müdafiə Nazirliyi tərəfindən təsdiqlənməyib.