Bakının mərkəzində avtobus dayanacağının yeri dəyişdirilir. Bu haqda bu gün, 5 iyun tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Azərbaycan prospektində, Nizami Gəncəvi heykəlinin arxasında yerləşən avtobus dayanacağının yeri dəyişdirilir. Buna səbəb velosiped zolaqlarının çəkilişindən sonra ərazidə sıxlığın yaranmısıdır.
Belə ki, zolaq səbəbindən avtobuslar 2-ci sırada saxlamağa məcburdur. Eyni zamanda həmin sırada avtomobillər parkinqə daxil olmağa çalışır.
Hazırda mövcud olan dayanacaqdan 50 m aralıda infrastruktur yaradılır.