Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) Bakıda fəaliyyət göstərən “Kardeşlər Marmaris” restoranında nöqsanlar aşkar edib. Bu barədə 5 oktyabr tarixində AQTA-nin rəsmi saytında məlumat verilib.
Bakı şəhəri, Nəsimi rayonu, H. Əliyev küçəsi, ev 15 ünvanında fəaliyyət göstərən “Kardeşlər Marmaris” restoranında AQTA-nin əməkdaşları plandan kənar reyd aparıb. Yoxlama zamanı məlum olub ki, müəissəsi-nin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, temperatur rejiminə əməl olunmadığı, məhsullarının istehsalı, saxlanması və satışı zamanı nöqsanlara yol verilib.
Restoranın sahibi fiziki şəxs Engin Akdemir inzibati məsuliyyətə cəlb edilib.
