Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Milli Referens Laboratoriyasının əməkdaşı dünyasını dəyişib. Bu haqda bu gün, 18 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Nuranə Mollayeva uzun sürən xəstəlikdən sonra 28 yaşında vəfat edib. O, Türkiyənin Anadolu Universitetində Biotexnologiya ixtisası üzrə magistr təhsili almışdır. AQTİ-də Analitik Ekspertiza Mərkəzi departamentinin Milli Referens Laboratoriyasının Bioloji müayinələr bölməsində böyük mikrobioloq vəzifəsində çalışırdı.