Beynəlxalq Avtomobil Federasiyası (FIA) aprelin 28-30-da keçiriləcək “Formula 1” Azərbaycan Qran-prisinin yenilənmiş təqvimini dərc edib. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az məlumat verib.
Bu mövsümdə ilk dəfə olaraq mərhələ sprint yürüşü ilə birlikdə keçiriləcək.
Bakıda keçiriləcək yarışın təqvimi aşağıdakı kimidir:
28 aprel, cümə
13:30-14:30 - sərbəst yürüş;
17:00-18:00 - Kvalifikasiya, pilotların düzülüşünün müəyyənləşdirilməsi;
29 aprel, şənbə
12:30-13:30 - sprint yarışı üçün təsnifat;
17:30-18:30 - Sprint yürüşü;
30 aprel, bazar günü
15:00 - Azərbaycan Qran-prisinin əsas yürüşü.
Üç mərhələdən sonra pilotların sıralamasında 69 xalla “Red Bull Racing”in sürücüsü Maks Ferstappen birincidir. Hesabında 54 xal olan Serxio Peres (“Red Bull Racing”) ikinci, 45 xalla Fernando Alonso (“Aston Martin”) isə üçüncü pillədə qərarlaşıblar.
Konstruktorlar kubokunda ilk üçlükdə “Red Bull Racing”, “Aston Martin” və “Mercedes” yer alıblar.