Azərbaycanlı FİFA referisi UEFA Konfrans Liqasının pley-off mərhələsində baş hakim təyin edilib. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hakim Elçin Məsiyev pley-off mərhələsindəki ilk oyun “Partizan” (Serbiya) - “Gent” (Belçika) qarşılaşmasının baş hakimi olacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Kamal Umudlu VAR, Rəşad Əhmədov isə AVAR hakimi kimi fəaliyyət göstərəcək.
Matç avqustun 22-də Belqrad şəhərində yerləşən “Partizan” stadionunda baş tutacaq.