Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yeni ünvanda fəaliyyət göstərəcək. Bu haqda 25 yanvar tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məlumat verib.
İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyevin sözlərinə görə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı bundan sonra Nəsimi rayonu, Bülbül prospekti 18/30 ünvanında (AzərTAC-ın əvvəlki binası) fəaliyyətini davam etdirəcək.
Bundan əvvəl İttifaqın binası Həsən Seyidbəyli küçəsi, 18 ünvanında yerləşirdi.