Serbiya COP29-a dəvət alıb. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Ölkənin ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 8-ci iclasında çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sözügedən dəvətlə qarşı tərəfə müraciət edib.
“Fürsətdən istifadə edərək, Serbiyanı bu ilin noyabrında paytaxt Bakıda keçiriləcək COP29-a dəvət edirik”, - deyə o bildirib.