Azərbaycan Tibb Universitetinin (ATU) professoru Nərgiz Hüseynova vəfat edib. Bu haqda bu gün, 6 oktyabr tarixində Bakuplus.az Caliber.az-a istinadən xəbər verir.
Verilən məlumata görə, o, Azərbaycan Tibb Universitetinin Uşaq Yoluxucu Xəstəliklər kafedrasının professoru, həmçinin həkim-pediatr olub.
Nərgiz Hüseynova 1961-1967-ci illərdə ATU-da təhsil alıb. O, 34 ildir Tibb Universitetində çalışırdı.