Azərbaycan Triatlon Federasiyasının ümumi yığıncağı keçirilib. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov iştirak edib.
İki gün öncə federasiya prezidenti vəzifəsini tərk edən Elçin Əliyev hesabat təqdim edib. Daha sonra seçki keçirilib.
“FF Group” Şirkətinin təsisçisi Fərid Fərhadzadə Azərbaycan Triatlon Federasiyasının yeni prezidenti seçilib. Fəxri Əkbərov və Adilə Süleymanova federasiyanın idarə heyətinə yeni üzv seçiliblər.
Fərid Fərhadzadə 2022-ci ildə İtaliyada keçirilmiş beynəlxalq yarışda çıxış edərkən “Dəmir adam" (“Full İronman”) titulunu qazanıb.