Avropa İttifaqı Azərbaycana çağırış edir. Bu haqda Bakuplus.az Report-a istiandən xəbər verir.
Aİ cari ilin Noyabr ayında Bakıda keçiriləcək COP29 ərəfəsində Azərbaycan hakimiyyətini Ermənistanla sülh sazişi imzalamağa çağırır.
“Davamlı və möhkəm sülhə doğru qətiyyətli addımlar atmağın vaxtı gəlib çatıb. Azərbaycan Ermənistanla sülh sazişi imzalamaq üçün COP29-un verəcəyi impulsdan istifadə etməlidir”, – Avropa Komissiyasının nümayəndəsi bildirir.
Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi isə yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması üçün hələ də ciddi maneələr olduğunu qeyd edib.
“Aİ-nin vicdanlı vasitəçi kimi mövqeyi isə sarsılıb”, - deyə o, əlavə edib.