Azərbaycan və Pakistan iki ölkə arasında uçuşların sayını artırmaq barədə razılığa gəlib. Bu haqda bu gün, 15 iyun tarixində Bakuplus.az Azərtac-a istinadən məlumat verir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə danışıqların yekunlarına dair mətbuata açıqlamasında deyib.
"Bu gün biz həm də şəhərlərimiz arasında uçuşların, o cümlədən paytaxtlar arasında uçuşların artırılması ilə bağlı razılığa gəldik. Bu, bizim bugünkü görüşümüzün çox yaxşı nəticəsidir", - deyə dövlət başçısı bildirib.