Azərbaycan-Qazaxıstan kənd təsərrüfatı forumu keçirilir. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Azərbaycan və Qazaxıstan kənd təsərrüfatı məhsullarının dünya bazarına birgə ixracını müzakirə edəcək. Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov Bakıda keçirilən Azərbaycan-Qazaxıstan kənd təsərrüfatı forumunda deyib.
"Bugünkü tədbir iki ölkə arasında aqrar sahədə əlaqələrin inkişafına töhfə verəcək, əməkdaşlığı genişləndirəcək. Azərbaycanla Qazaxıstan arasında əməkdaşlıq sahələri genişdir, o cümlədən beynəlxalq səviyyədə əməkdaşlıq edirik. Azərbaycan Qazaxıstandan buğda alır. Bu gün forumda bir sıra sahələrdə fəaliyyət göstərən şirkətlər iştirak edir", - deyə o qeyd edib.