Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir sıra avtobus marşrutları üzrə müsabiqə elan edib. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az AYNA-ya istinadən məlumat verir.
Altı marşrut xətti arasında paytaxtın 197 nömrəli şəhərətrafı, Bakı-Ağcabədi, Bakı-Siyəzən marşrutları da yer alır.
Sənədlər 9 noyabr saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5; əlaqələndirici şəxs: Natiq Vəliyev – tel.: 012-567-99-76, 055-626-55-63, e-poçt: natig.valiyev@ayna.gov.az) qəbul ediləcək.