Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) rəhbərliyində dəyişiklik olub. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
Tamerlan Abdullazadə Azərbaycan Üzgüçülük Federasiyasına (AÜF) yeni vitse-prezident seçilib. Qərar AÜF-nin İcraiyyə Komitəsinin son iclasında qəbul edilib. T. Abdullazadənin namizədliyini yekdilliklə dəstəklənib.
T.Abdullazadə daha öncə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibinin müavini vəzifəsində çalışıb.