Gələn il yanvarın 1-dən alimentin minimum məbləği 220 manatdan 235 manata qaldırılacaq. Bu haqda bu gün, 2 noyabr tarixində “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinə istinadən Bakuplus.az məlumat verir.
Qanuna əsasən, ölkədə adambaşına yaşayış minimumu 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat təyin olunub.