top
Azərbaycanda avtomobil sürücülərinə qarşı bir sıra cərimələr artırılır
05 iyun 2023, 22:52
- ↺ +

Azərbaycanda avtomobil sürücülərinə qarşı bir sıra cərimələr artırılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda bir sıra yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin artırılması təklif edilib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir. Bu haqda bu gün, 6 iyun tarixində Bakuplus.az məlumat verir.

Cərimələrin məbləğinə yenidən baxılması layihəsinin irəli sürüldüyü pozuntuların siyahısı:


  • Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə cərimələrin 150 manatdan 200 manata qaldırılması təklif edilir;

  • Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə cərimələrin 250 manatdan 300 manata qaldırılması təklif edilir;

  • Sürücülük hüququ məhdudlaşdırılmış şəxs tərəfindən avtomobil idarə edilməsinə görə cərimələr artırılır. Hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə 200 manat məbləğində cərimə edilir. Dəyişikliklə isə cərimə 200 manatdan 300 manata qaldırılır;

  • Standartlara uyğun olmayan nömrələrlə maşın sürənlər 100 manat cərimə ediləcək;

  • Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülər 150 manat cərimələnəcəklər. Maddənin hazırkı variantında cərimənin aşağı həddi 100 manat nəzərdə tutulub;

  • İşıqforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişindaşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevretmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 60 manat məbləğində cərimə edilir. Dəyişikliklə isə cərimə 60 manatdan 80 manata qaldırılır;

  • Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtinaya görə cərimə artırılır. Tibbi müayinədən imtinaya görə işin hallarından asılı olaraq və təqsirkarın şəxsiyyəti nəzərə alınmaqla 500 manatdan 700 manatadək miqdarda cərimə və ya on beş gündən bir ayadək müddətə inzibati həbslə cəzalandırılır. Hər iki halda nəqliyyat vasitəsini idarə etmək hüququnun iki il müddətinə məhdudlaşdırılması təklif edilir. Maddənin hazırkı variantında cərimənin aşağı həddi 400 manat nəzərdə tutulub;

  • Avtomobil yollarının saxlanılması və qorunması qaydalarının pozulmasına görə cərimələr 5 dəfədən çox artırılır. Məcəllənin hazırkı variantında vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə cərimə edilirlər. Dəyişikliklə isə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə olunacaqlar;

  • Həmçinin Azərbaycanda narkotik vasitənin təsiri altında olan sürücülər üçün yeni cəzalar tətbiq ediləcək. Hazırda 600 manat məbləğində cərimə və ya altı aydan bir ilədək müddətə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması nəzərdə tutulur. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Son xəbərlər

Xəbər
Dünən, 22:28

Natavan Həbibi imicini dəyişdi

Aktual Xəbərlər
Dünən, 20:48

Bakıda torpaqlar bahalaşır

Aktual Xəbərlər
Dünən, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Dünən, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Dünən, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Dünən, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Dünən, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Dünən, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Dünən, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Dünən, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Dünən, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Dünən, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
08 noyabr 2026, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
08 noyabr 2026, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
08 noyabr 2026, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
08 noyabr 2026, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Oxşar xəbərlər