Azərbaycanın mədəniyyət naziri təyin edilib. Bu haqda bu gün, 14 aprel tarixində Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Adil Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilib.
O, bundan əvvəl mədəniyyət nazirinin birinci müavini vəzifəsini icra edirdi.